Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.
7News.Az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, Lavrov iyunun 10-u Ermənistanda KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Bununla yanaşı, Lavrov Ermənistanda bir sıra ikitərəfli görüş də keçirəcək.








