"Qazaxıstan böyük Avrasiya tərəfdaşlığının yaradılmasına müsbət münasibət bəsləyir. MDB belə meqalayihənin həyata keçirilməsi üçün ən uyğun bazaya çevrilə bilər".
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev SPİEF-2022-nin plenar iclasında deyib.
"Bu konsepsiya regional təşkilatların bərabərhüquqlu əməkdaşlığı üçün ümumi məkanın yaradılmasına yönəldiləcək", - Tokayev bildirib.
7NEWS.Az







