RU
ÜST:
16:10
343

ÜST: "Omikron" ştamının BA.5 altvariantı yayılmaqda davam edəcək”

"Omikron" ştamının BA.5 altvariantı yayılmaqda davam edəcək və ayrı-ayrı ölkələrdə yoluxma dalğalarına səbəb olacaq”.

Bu barədə 7News.Az-a Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

"Bu ilin may ayından etibarən yoluxma səviyyəsi artmağa başladı. Aprel ayından isə dünyada BA.5 altvariantına qeydə alınmış yoluxmanın payında artım müşahidə olunur. İyunun 12-18-də BA.5-ya yoluxma payı 43% təşkil edib. İyulun 1-nə olan məlumata görə, BA.5 artıq 70-dən çox ölkədə aşkar edilib. "Omikron" ştamının BA.5 altvariantı yayılmaqda davam edəcək və ayrı-ayrı ölkələrdə yoluxma dalğalarına səbəb olacaq”, - ÜST-dən deyilib.

Məlumata görə, BA.5-in yüksək transmissivliyi daha yüksək daxili artım sürəti və əlavə xüsusiyyətlərlə şərtlənir: "BA.4/BA.5-ün səbəb olduğu infeksiya dalğası gözləyirik. Ümumilikdə, bu virusun alttipləri haqqında məlumatın olmaması ÜST-nin bu virusu izləmək və ölkələrə ən yaxşı cavab tədbirləri barədə məsləhət vermək qabiliyyətini sual altında qoyur”.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ