RU
Xəzər dənizində bir nəfər batıb
15:15
219

Xəzər dənizində bir nəfər batıb

Xəzər dənizində bir nəfər batıb.

Bu barədə 7NEWS.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunda, dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ