RU
Son 4 ildə 6075 rusiyalı Gürcüstan vətəndaşlığını qəbul edib
17:10
271

Son 4 ildə 6075 rusiyalı Gürcüstan vətəndaşlığını qəbul edib

2018-2022-ci illərdə Rusiyanın 6 075 vətəndaşı Gürcüstan vətəndaşlığını qəbul edib.

7News.Az "Novosti Qruziya”ya istinadən xəbər verir ki, bu, İnformasiya Azadlığının İnkişafı İnstitutunun yaydığı statistikada öz əksini tapıb.

Qeyd olunub ki, 2021-ci ildə 1342, 2020-ci ildə 629, 2019-cu ildə 1219, 2022-ci ilin ilk yeddi ayı ərzində isə 723 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığını qəbul edib.

İnstitutun hesabatına görə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Rusiya vətəndaşları arasında Gürcüstan vətəndaşlığını almağa çalışanların sayı artıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ