RU
Sumqayıtda Elçin Mirzəbəyli ilə görüş keçirilib
12:05
43

Sumqayıtda Elçin Mirzəbəyli ilə görüş keçirilib


Aprelin 23-də, Sumqayıt şəhərində yerləşən 41 saylı tam orta məktəbdə millət vəkili, Əməkdar müəllim Mehriban Vəliyevanın təşəbbüsü, Sumqayıt şəhər Təhsil sektorunun müdiri İman Ağayevin və məktəbin direktoru Gülnarə Babayevanın təşkilatçılığı ilə millət vəkili, Əməkdar jurnalist, şair Elçin Mirzəbəyli ilə görüş keçirilib. 
Görüşdə məktəbin müəllimləri və şagirdləri tərəfindən hazırlanmış, Elçin Mirzəbəylinin şeirlərindən, eləcə də şairin sözlərinə bəstələnmiş marş və mahnılardan ibarət musiqili ədəbi-bədii kompozisiya təqdim olunub. 
Elçin Mirzəbəylinin müəllifi olduğu "Azadlıq” və "Azadlığa çağırış” marşları, eləcə də şairin müxtəlif mövzularda qələmə aldığı şeirlər 41 saylı tam orta məktəbin şagirdləri tərəfindən yüksək şövq və bədii zövqlə ifa olunub.    
Tədbirdə çıxış edən millət vəkili Mehriban Vəliyeva, 41 saylı tam orta məktəbin direktoru Gülnarə Babayeva şair Elçin Mirzəbəylinin yaradıcılığından söz açıblar və gənc nəslin tərbiyəsində milli dünyagörüşünün formalaşmasına xidmət edən ədəbiyyat nümunələrinin əhəmiyyətini qeyd ediblər. Millət vəkili Mehriban Vəliyeva öz çıxışında qeyd edib ki, bu cür görüşlər gənclərin ədəbiyyata marağının artırılması və milli-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüşün sonunda Elçin Mirzəbəyli təşəbbüs və təşkilatçılığa görə, millət vəkili Mehriban Vəliyevaya, Sumqayıt şəhər Təhsil sektoruna və 41 saylı məktəbin direktoruna, müəllim və şagirdlərinə təşəkkürünü bildirib, ona ünvanlanmış müxtəlif məzmunlu sualları cavablandırıb.
 









 
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ