RU
SEPAH Bəsrə körfəzində neft tankerlərini vurdu
10:40
20

SEPAH Bəsrə körfəzində neft tankerlərini vurdu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəsrə körfəzində dörd gəmiyə zərbə endirib.

Bu barədə SEPAH məlumat yayıb.

"İran Hərbi Dəniz Qüvvələrinin döyüş təyyarələri qanunsuz marşrutla hərəkət edən dörd gəmini müşahidə və təqib edərkən onları Fars (Bəsrə) körfəzinin şimal hissəsində digər gəmiyə neft yükləyərkən aşkar edib. Həmin gəmilərin dördü də eyni vaxtda vurulub”, - məlumatda bildirilib.

Hücumdan sonra gəmilərdə yanğın başlayıb. Ekipaj üzvlərinin vəziyyəti barədə isə məlumat verilməyib.

SEPAH həmçinin ötən gecə Hörmüz boğazında üç gəminin minaya düşdüyünü də bildirib.

"ABŞ-nin təcavüzkar ordusu başa düşməlidir ki, əgər su yollarından qanunsuz keçid tendensiyası davam edərsə, qarşıdurmanın miqyası regiondakı təcavüzkarların hərbi bazalarına qədər genişlənəcək”, - korpus əlavə edib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ