RU
Britaniya səfiri Rusiya XİN-ə çağırılıb
20:30
362

Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

Böyük Britaniya səfiri Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

7NEWS.Az-ın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Böyük Britaniya səfirinə düşmən təxribatlarının yolverilməzliyi vurğulanıb və onların dərhal dayandırılması tələbi irəli sürülüb.
Bundan əlavə, krallığın Ukrayna güc strukturlarının hazırlığında fəal iştirakı ilə bağlı etiraz bildirilib.

"Moskvanın Londonun Kiyevə müəyyən sayda pilotsuz sualtı aparat ötürməsi barədə məlumatı var”, deyə Rusiya XİN-in məlumatında qeyd olunub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ