RU
Ərdoğan və Putin arasında telefon danışığı olacaq
10:50
83

Ərdoğan və Putin arasında telefon danışığı olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olacaq.

Bunu R.T.Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

"Türkiyəyə qayıdan kimi onunla danışacam. Bildiyiniz kimi, sülhə gedən yol dialoqdan keçir”, - o vurğulayıb.

Xatırladaq ki, R.T.Ərdoğan G20 ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ