RU
İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib
17:10
105

İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.

Bu barədə 7News.Az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında "Qurman Plyus” MMC-yə məxsus 15,8 ton müxtəlif növ ət və süd məhsulu, "Sun Food" MMC-yə məxsus ümumi çəkisi 22,54 ton müxtəlif növ qida məhsulu "EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ