RU
Bayden Trampı özünün professoru adlandırıb - VİDEO
15:10
89

Bayden Trampı özünün professoru adlandırıb - VİDEO

Viskonsin ştatında tərəfdarları önündə çıxış edən ABŞ prezidenti Co Bayden çaşaraq Donald Trampı özünün sələfi deyil, professoru adlandırıb.

"Mənim professorum, onun haqqında danışmayacağam, qulaq asın - sələfim fərqli bir kurs seçdi. O, zəngin və böyük korporasiyalar üçün vergiləri azaldaraq, büdcə kəsirinin əhəmiyyətli dərəcədə artımına şərait yaratdı”, - C. Bayden qeyd edib.

Bundan əlavə, ABŞ lideri pandemiya ilə resessiyanı da qarışdırıb:

"Resessiyadan əvvəl...daha doğrusu pandemiyadan əvvəl ABŞ-də 700 milyarder var idi”.

Mənbə: TASS

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ