RU
Qvatemalada zəlzələ olub
12:10
18

Qvatemalada zəlzələ olub

Qvatemalada 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Eskuintla şəhərindən 36 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 108 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ