7NEWS.az xəbər verir ki, Avropa Şurası, Avropa Parlamenti (AP) ilə üzv ölkələr arasında nəqliyyat vasitələrinə yeni karbon emissiya standartları gətirəcək tənzimləmə ilə bağlı danışıqlarda konsensusun əldə edildiyini açıqladı. Buna görə, 2035-ci ildən etibarən AB-yə üzv dövlətlərdə satılacaq bütün yeni avtomobillər və yüngül ticari avtomobillər sıfır emissiya olmalıdır. Avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyalarını 100 faiz azaldacaqlar. Belə ki, qeyd olunan tarixdən etibarən benzin və dizel də daxil olmaqla, daxili yanma mühərrikli yeni avtomobillər Aİ ölkələrində satıla bilməyəcək. 2030-cu ilə qədər emissiyanın azaldılması hədəfi avtomobillər üçün 55 faiz, pikap yük maşınları üçün isə 50 faiz olacaq.
7NEWS.az








