RU
21 günlük körpə sarılıqdan öldü
11:30
177

21 günlük körpə sarılıqdan öldü

Azərbaycanda yeni doğulan körpə ölüb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, aprelin 19-da Gəncə Perinatal Mərkəzində doğulmuş Babayev Sirac Elnur oğlu anası ilə birlikdə evə buraxılıb.

Lakin sonradan uşağın səhhətində problem yaranıb.

Mayın 9-da ailəsi körpəni Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasına aparıb. S.Babayevə "dəqiqləşdirilməmiş mental sarılıq” diaqnozu qoyulub. O, sonradan müalicə olunduğu xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ