RU
21 yaşlı qız qatilin əlindən qurtulmaq üçün özünü ölülüyə vurdu - FOTO
17:40
705

21 yaşlı qız qatilin əlindən qurtulmaq üçün özünü ölülüyə vurdu - FOTO

Konyada ana-atasını öldürən qatilin əlindən qurtarmaq üçün 21 yaşlı qız özünü ölülüyə vurub. 

Maskalı şəxs ətrafdakı insanlara maddi yardım edən və "Mətin Hoca" kimi tanınan 55 yaşlı Mətin Böyükşənin evinə daxil olub. Səssiz tapança ilə Mətin Böyükşəni və keçən il xərçəng xəstəliyinə qalib gələn həyat yoldaşı Necla Böyükşəni güllələyib. 

Öldürülən cütlüyün qızı Büşra maskalı şəxsin üstünə çaydanlığı atıb və başqa otağa qaçıb. Bu zaman maskalı şəxs onu da güllələmək istəsə də alınmayıb. Bu zaman o əlindəki silahın qundağı ilə qızın başından zərbə endirərək öldürmək istəyib. 

Buşra ifadəsində evlərinə basqın edən şəxsin danışmadığını bildirib: "O, məni də güllələmək istədi. Bu zaman silah açılmadı. Silahın açılmadığını görən şəxs məni onun arxa hissəsi ilə başıma vuraraq öldürmək istədi. Mən də gözümü yumub ölmüş kimi hərəkət etdim. O, da məni ölmüş hesab edib getdi. Qatilin ancaq gözlərini gördüm. O gözləri harda görsə tanıyaram". 

Öldürülən cütlüyün həkim oğlu Osman Böyükşənin ailəsinin heç kimlə problemi olmadığını söyləyib: "Niyə evmizə basqaın edib, valideynlərimizi öldürdülər hələ bilmirik". 

Hadisə ilə bağlı araşdırmalar davam edir.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ