RU
22 yaşlı qız kafedə döyüldü: O kişini tapın! - VİDEO
18:20
540

22 yaşlı qız kafedə döyüldü: O kişini tapın! - VİDEO

Hər şey anidən oldu. Əvvəl sataşdı, sonra mən cavabını verəndə yaxınlaşdı və məni vurdu.

22 yaşlı tələbə Mariya Leqerr Fransanın paytaxtı Parisin mərkəzindəki kafelərdən birində çirkin təcavüzə məruz qalıb.

 

Mariya kafenin yanından keçəndə masa arxasında oturmuş saqqallı kişi ona baxaraq fit çalıb, sonra söz ataraq "Əcəb bədənin var, mənimlə yatarsan?!" deyib.

Mariya sinirlənərək "Səsinizi kəsin, tərbiyəsiz!" deyəndə kişi yerindən durub, masanın üzərindəki külqabını ona atıb. Daha sonra isə o, Mariyaya yaxınlaşaraq tələbə qıza şillə vurub.

Aldığı zərbədən Mariyanın üzündə şiş, gematoma əmələ gəlib.

Kafedəkilər qızın müdafiəsinə qalxıblar.

Baş verənləri kafenin müşahidə kameraları çəkib. Video sosial şəbəkələrdə yayılandan sonra geniş müzakirələr başlanıb. On minlərlə insan saqqallı kişinin tapılmasını və cəzalandırılmasını tələb edirlər.

"Hələ də psixoloji şokdayam, özümə gələ bilmirəm. O yaramazın tapılmasını, layiq olduğu cəzanı almasını istəyirəm. Küçəyə çıxmağa qorxuram", - Mariya Leqerr deyib./milli

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ