RU
25 yaşlı qız üzündəki sızanağa görə dərman içdi, ölümlə üz-üzə qaldı - FOTO
13:14
364

25 yaşlı qız üzündəki sızanağa görə dərman içdi, ölümlə üz-üzə qaldı - FOTO

Dənizlidə üzündəki sızanaqdan canını qurtarmaq üçün aptekdən aldığı dərmanı 3 ay fasiləsiz qəbul edən 25 yaşlı Fatma Özən qaraciyər çatışmamazlığı xəstəliyindən ölmək təhlükəsi ilə üz-üzə qalıb. 

 25 yaşlı qadın atasından köçürülən qaraciyər vasitəsilə həyatda qala bilib. 

Belə ki, üzündəki sızanağı özünə kompleks edən qadın həkimə məsləhəti olmadan aptekdən aldığı dərmanı 3 ay ərzində qəbul edir. 3 aydan sonra qadında üəkbulanma, gicəllənmə, halsızlıq kimi əlamətlər yaranmağa başlayıb. 

Həkimlərin müayinəsindən sonra qadının qəbul etdiyi dərmanın onda hepatit xəstəliyinin yaranmasına səbəb olduğu ortaya çıxıb. Fatma Özən 50 gün xəstəxanada müalicə olunsa da səhhətində heç bir irəliləyiş olmayıb. Sonda həkimlər qadını əməliyyat edərək ona qaraciyər köçürərək həyatını xilas edə biliblər. /big

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ