Bu barədə İCMAL.az saytına Daşqın Gülməmmədov özü məlumat verib.
8 iyul tarixində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun sifarişi ilə qərəzli şəkildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həbs edilən, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri, Gürcüstan, Ukrayna və Malta vətəndaşı Daşqın Gülməmmədov 5 avqust tarixində inzibati həbsdən azad edilib. Məlumatda bildirilir ki, 8 iyul 2017-ci il tarixdə, Bakı şəhərində olan, UQTMŞ Sədri, Gürcüstan, Ukrayna və Malta vətəndaşı Daşqın Gülməmmədov gecə saat 22.00-da Dövlət Miqrasiya Xidmətinə çağrılaraq haqqında qanunsuz ittiham tərtib edilərək həbs edlib. Lakin 11 iyul tarixində DMX-də araşdırma aparıldıqdan sonra Daşqın Gülməmmədovun azad edilməsi məsələsi ortaya çıxıb. Bütün hüquq-mühafizə orqanları üzrə haqqında şikayət və hər hansı cinayət faktının ortaya çıxmadığı məlum olduqdan sonra başqa variant planı işə salınıb. Məlum olub ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi, Dövlət Təhlükəsilik Xidməti, Dövlət Sərhəd Xidməti və Baş Prokuroluq qərəzli şəkildə və şər-böhtan əsasında Daşqın Gülməmmədovun barəsində hər-hansı cinayət işi açmaqdan imtina ediblər. Nəticədə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının icrası İdarəsinin İnzibati xəta barədə ittihamı əsasında 11 iyul tarixində Daşqın Gülməmmədov barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində sifarişlə, qanunsuz və əsassız olaraq Daşqın Gülməmmədov barəsində 25 günlük inzibati həbs qərarı çıxarılıb. 5 avqust tarixdə Daşqın Gülməmmədov gecə saatlarında həbsdən azad edilib.








