RU
29 yaşlı kişi intihar edib
10:10
410

29 yaşlı kişi intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Hadisə avqustun 13-də gecə saat 23:00 radələrində rayonun İnçə kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Qəhrəmanov Fərman İnqilab oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
      
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ