RU
3 nəfərin silahla öldürülmüş meyiti tapıldı
22:20
497

3 nəfərin silahla öldürülmüş meyiti tapıldı

Türkiyədə köhnə kənd muxtarı və 2 nəfərin silahla qətlə yetirilmiş meyiti tapılıb.

Tokatda Eskiköy Yaylasında 3 nəfərin silahla vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları köhnə kənd muxtarı 48 yaşlı Bahattin Karnak ilə qohumları 53 yaşlı Xəlil və 45 yaşlı Aydın Karnakın tapança ilə vurularaq öldürüldüyünü müəyyən ediblər.

Polis əməkdaşları hadisə yerindən 1 ədəd tapança və boş patron darağı da aşkar ediblər.

İlkin versiyaya görə, Aydın Karnakın hələlik məlum olmayan səbəbdən qohumları Bahattin və Halil Karnakı tapança ilə öldürdükdən sonra intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ