RU
3 yaşlı uşağı maşında saxladılar - havasızlıqdan öldü - VİDEO
21:50
141

3 yaşlı uşağı maşında saxladılar - havasızlıqdan öldü - VİDEO

Amerika Birləşmiş Ştatlarının Mayami əyalətində atası tərəfindən avtomobildə unudulan uşaq 38 dərəcədən yuxarı temperaturda havasızlıqdan ölüb.

7News.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məktəbdə işləyən 42 yaşlı Menaxem Mendel Tauber oğlunu işə gedərkən özü ilə aparıb. Lakin onu maşında unudub. Atası oğlunu unutduğunun fərqinə çox gec varıb. Ailə 3 yaşlı Şalom Tauberi xəstəxanaya çatdırsa da, azyaşlının həyatını qurtarmaq mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ekspertiza rəyində isə uşağın əllərində və ya ayaqlarında heç bir qançır tapılmadığı və onun havasızlıqdan öldüyü qeyd olunub.
 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ