Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin satışında təqsirləndirilən 1968-ci il təvəllüdlü Rasim Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Bundan öncə hal şahidi Elçin Məmmədov ifadə verib. O bildirib ki, polis əməkdaşı ona yaxınlaşaraq bir nəfərin üzərinə baxış keçirəcəklərini, orada hal şahidi kimi iştirak etmək istəyib-istəmədiyini soruşub: "Mən də getdim. Çantaya baxdılar, orada narkotik var idi. Rasim dedi ki, nəşəni Emindən almışam, 300 manata satacaqdım".
Təqsirləndirilən Rasim Xəlilov son söz ilə çıxış edib. O bildirib ki, hal şahidi Elçin Məmmədov çantanı özü ilə gətirib: "Mənə dedilər ki, sən bu çantanı tanıyırsan? Dedim taksidə görmüşəm. İçindəkini göstərib dedilər ki, bu nədi? Dedim nəşədi də. Mən heç vaxt nəşəni "triped" etməmişəm. Mən demişəm ki, nəşəni Emindən almışam, onda Emin niyə tutulmayıb?".
Rasim Xəlilov Emin adlı şəxsin evində olub. Emin çay içib, o isə araq. Sonra Emin ona təklif edib ki, bir çanta narkotiki aparıb başqa bir adama versin, əvəzində isə ona 300 manat verəcəyini deyib. R.Xəlilov içkili olduğundan razılaşdığını deyib və orada da çantanı alıb.
O, gecə saat 01 radələrində Sabunçu rayonunda saxlanılıb. Dövlət ittihamçısı təqsidləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə kollegiyasının hökmü ilə Rasim Xəlilov 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, Bakı Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Üzərindən 2.8 kq marixuana aşkarlanıb. Rasim Xəlilov əvvəllər oğurluğa görə məhkum olunub./qafqazinfo
7News.Az








