RU
3000 volt gücündə
17:30
720

3000 volt gücündə "TOK" VURAN yeniyetmə SAĞ QALDI - ANBAAN VİDEO

Rusiyanın Voronej şəhərində dəhşətli hadisə baş verib.

7News.Az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, 3000 volt gücündə elektrik cərəyanı vuran 17 yaşlı gənc hazırda xəstəxanadadır.

Hadisə qatar stansiyasında baş verib.

Yayılan kadrlardan göründüyü kimi, yeniyetmə naməlum səbəbdən qatarın üstünə çıxır, yarıyadək gəldikdən sonra qayıtmaq istədikdə onu güclü cərəyan vurur, partlayış baş verir. Gənc huşsuz halda asfalta yıxılır.
 

O, operativ şəkildə xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ