Əfqanıstanda Taliban silahlılarının polis məntəqələrinə qəfil hücumu 31 asayiş keçikçisinin ölümüylə nəticələnib.
7News.az bildirir ki, gecə saatlarında Helmənd şəhərində hücuma keçən terrorçular polis qərargahlarını mühasirəyə alaraq, hər tərəfdən atəşə tutmağa başlayıblar. Cavab atəşi açmağa macal tapmayan təhlükəsizlik əməkdaşları yerlərindəcə həlak olub. Əfqanıstan polisinin məlumatına görə, hücum zamanı hüquq-mühafizə orqanlarının daha 11 əməkdaşı yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Terrorçular isə aradan çıxa bilib. Hazırda onların axtarışları istiqamətində genişmiqyaslı əməliyyatlar aparılır.








