RU
38 cinayətin üstü
17:30
457

38 cinayətin üstü "isti izlər"lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 101 cinayət faktından 38-nin üstü "isti izlər”lə açılıb


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a daxil olan məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 37 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər tutulub.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ