Türkiyədə 17 yaşlı qız 3 il boyunca təcavüzə uğrayıb.
7News.az "Haberler"ə istinadla bildirir ki, Giresunun Bulancak mahalında əqli çatışmazlığı olan qızı həmkəndliləri maşında, bağçada və avtobusda zorlayıblar. Onun təcavüzə uğradığını qohumları təsadüfən onun telefonundakı mesajları oxuyanda öyrəniblər.
Qohumları polisə xəbər veriblər. Qızın ifadəsi alınıb. Qız ifadəsində çarəsizcə zorlandığını söyləsə, kimsənin inanmayacağını düşünüb.
Təcavüzkarlar həbs ediliblər. Həsb olunanların birinin 55, o birinin isə 38 yaşı var.//milli
7News.az








