Azərbaycan Uşaqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 1 mart 2023-cü il tarixdən "Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsinə başlayıb.
Layihə "Çevik Ekspertlər Qrupu” Koalisiyasının birgə fəaliyyəti əsasında icra olunacaq. Layihənin icrasında iştirak edən tərəfdaş təşkilatların adları aşağıdakılardır:
”Təmiz Dünya” Qadınlara Yardım İctimai Bilriyi"Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi
”İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Biliryi
”Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Biliryi
Layihənin fəaliyyət istiqamətləri, görüləcək işlərin bölgüsü ilə bağlı 03 mart 2023-cü il tarixdə ”Çevik Ekspertlər Qrupu” koalisiya üzvlərinin iştirakı ilə ilk görüş keçirilmişdir.
Layihənin əsas məqsədi Neftçala, Biləsuvar, Fizuli şəhərlərində gender əsaslı zorakılığın (məişət zorakılığı daxil olmaqla) vəziyyətinin analizi hesabatının hazırlanması, gender əsaslı zorakılığın hər forması ilə mübarizə metodları haqqında maarifləndirmə kampaniyasının təşkili və qərarverici qurumların da cəlb edilməsi ilə gender əsaslı zorakılıqla (məişət zorakılığı ) mübarizəni əhatə edən ictimai vəkillik fəaliyyətlərinin təşkil edilməsidir.Məqsədə çatmaq üçün layihənin ilk vəzifəsi əsasən qeyd olunan regionları əhatə etməklə vəziyyətin analiz hesabatının hazırlanmasıdır. Layihə zamanı hər regionda 25 nəfər olmaqla 3 günlük təlim təşkil ediləcəkdir. Təlimə məişət zorakılığı ilə mübarizə sahəsində çalışan QHT-nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, fəal gənclər və ictimai fəallar cəlb ediləcəklər. Maarifləndirmə komponenti üzrə İctimai TV efirində1 veriliş, LAFTV və PRAYMTV İnternet Tv-lərdə 2 veriliş və ASAN radio efirində 6 veriliş hazırlanacaqdır. Eyni zamanda gender əsaslı və ya məişət zorakılığı ilə bağlı müdafiə mexanizimini əyani izah edən sosial çarx hazırlanacaq.

Layihənin başlıca vəsifəsi olaraq 3 regionda gender zəminində zorakılıqla mübarizə aparacaq təşəbbüs qruplarının yaradılması olacaqdır. Bu təşəbbüs qrupları Çevik Ekspertlər Qrupunun (ÇEQ) fəaliyyət modelinə uyğunlaşdırılacaq və gender zəminində zorakılıq , məişət zorakılığı ilə bağlı davamlı və sistematik fəaliyyət göstərəcəkdir. Layihənin sonunda Bakı şəhərində hər regiondan 3 nəfər regional təşəbbüs qrupunun üzvünün, Çevik Ekspertlər Qrupunun üzvləri, aidiyyatı dövlət qurumları,millət vəkilləri və KİV nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək, gender əsaslı zorakılığa həsr olunmuş araşdırmanın nəticələri kitabça şəklində təlimlərdə iştirak edən iştirakçılara və digər konfrans iştirakçılarına təqdim olunacaq, layihə çərçivəsində hazırlanmış sosial çarx iştirakçılara və media nümayəndələrinin diqqətinə çatdırılacaqdır. Layihənin icra müddəti 4 aydır. 01 mart 2023-cü il tarixdə başlanmış layihə 01 iyul 2023-cü il tarixdə yekunlaşacaq.


DİGƏR XƏBƏRLƏR

4 təşkilat məişət zorakılığı əleyhinə vacib layihəyə başladı
03 Mart 2023, 19:05

Bayramov Belarus Baş nazirinin müavini ilə görüşdü
03 Mart 2023, 18:32

Rəşad Dağlının həbs müddəti uzadılır?
03 Mart 2023, 18:24

Gülən tərəfdarlarını ABŞ-dan çıxarın - Bilgiç
03 Mart 2023, 18:15

Bryanskdakı sui-qəsdlər bu silahlarla törədilib
03 Mart 2023, 18:07

Qərbi Azərbaycan İcmasından Paşinyana cavab
03 Mart 2023, 17:59

Qrossi artıq Tehrandadır
03 Mart 2023, 17:27

Bayramov Çaba Köröşini qəbul etdi
03 Mart 2023, 17:25

İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verdi
03 Mart 2023, 16:34

Kupçasız mənzillərin satışı qadağan edilə bilər
03 Mart 2023, 16:21
Baş redaktor: Əli Həziquliyev
Telefon: 0502051099
Email: [email protected]
© 2016 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.








