Başqırdıstanda 4 yaşlı uşağın doqquzuncu mərtəbədə hərəkəti hər kəsi heyrətə salıb.
Belə ki, baxımsız qalan uşaq 9-cu mərtəbənin pəncərəsindən çölə çıxıb. Nənəsi və qardaşlarının başı qarışan zaman "gəzməyə" çıxan uşağı xilas etməyə xilasedicilər də gərək olmayıb. Özü geri dönüb, hətta pəncərəni də özündən sonra bağlayıb.








