RU
43 yaşlı kişi 17 yaşlı qızı aldadıb evləndi - AZƏRBAYCANDA
17:20
683

43 yaşlı kişi 17 yaşlı qızı aldadıb evləndi - AZƏRBAYCANDA

Azərbaycan 43 yaşlı kişi 17 yaşlı qızı aldadıb qaçırıb.

7News.Az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə müraciət edən Ülviyyə deyib. 

O, bildirib ki, mənə İlqarın yaşını az demişdilər:" Mənə söylədilər ki, İlqarın 35 yaşı var. Ailə qurandan sonra bildim ki, onun 43 yaşı var. Şəxsiyyət vəsiqəsinə baxanda gördüm ki, aldadılmışam. İlqar bizə xalası oğlu ilə elçi gəlmişdi. Mən baldızımla, qaynımla birlikdə yaşamışam. Ailədə söz-söhbət düşürdü. Mənə deyirdilər ki, heyvanlara bax. Heyvanlara baxa bilmirdim deyə dava düşürdü. İlqar atası rəhmətə gedəndə biz rayona geri qayıtdıq. Orada baldızım mənim atamı ələ saldı deyə mübahisə edib, Bakıya qayıtdım. Avtovağzalda İlqarla aramda dava düşdü. O, mənə təhqir edici sözlər deyirdi. Ona görə də çıxıb evə gəldim. 1 həftə anamgildə qaldım. Qaynanamgil zəng elədilər ki, küsülü qaldığınız bəsdir. Barışıb yenidən rayona qayıtdıq. Bir aydan sonra İlqar mənə dedi ki, səni həkimə aparıram. Qızılları ver. Aparıb qızılları satdı. Mən hamilə olanda anamgilə yenidən küsüb gəldim. Uşaq olanda xalamgilə İlqara dedi ki, uşağına gəl sahib çıx. O da dedi ki, mənə uşaq lazım deyil. Apar körpələr evinə at. Mən də dedim ki, heç vaxt uşağımı körpələr evinə ata bilmərəm".

İlqar canlı yayıma qoşularaq şəkilinin efirdə getməməsini istəyib: "Mən aliment kəsiləndən sonra "Səni axtarıram" verlişinə müraciət etmişdim. Hazırda uşaq məndədir". 

Aparıcı İlqara bildirib ki, sən 17 yaşında qızla ailə quranda utanmadınmı?: "Vaxtında evlənsəydin indi sənin 17 yaşlı qızın olardı"

43 yaşlı kişi 17 yaşlı qızı aldadıb evləndi - AZƏRBAYCANDA
43 yaşlı kişi 17 yaşlı qızı aldadıb evləndi - AZƏRBAYCANDA
43 yaşlı kişi 17 yaşlı qızı aldadıb evləndi - AZƏRBAYCANDA
 
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ