RU
45 nəfər həlak oldu
10:11
1272

45 nəfər həlak oldu

Yəməndə terror aktı törədilib.

7News.Az bildirir ki, Ədən şəhərində baş verən ard-arda partlayışlar nəticəsində azı 45 nəfər həlak olub. Hər iki terror aktı avtomobillərə yerləşdirilmiş partlayıcı qurğular vasitəsiylə həyata keçirilib.

Birinci terror aktı Yəmənin Husi silahlılarının tanınmış komandanı Abdullah as-Subeydinin evinin qarşısında həyata keçirilib. Uzaqdan idarə olunan partlayıcı qurğunun işə salınması nəticəsin xeyli sayda təhlükəsizlik əməkdaşı və Husi silahlısı həlak olub. Yaralılar isə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

İkinci terror hücumu da Ədən şəhərində baş verib. Bu dəfə də hədəf Husi döyüşçüləri olub. İkinci partlayış zamanı da 20-dən artıq insan həlak olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ