RU
46 yaşlı kişi içkidən zəhərlənərək öldü - Mingəçevirdə
14:40
427

46 yaşlı kişi içkidən zəhərlənərək öldü - Mingəçevirdə

Mingəçevir şəhərində yarımçıq tikilidə kişi meyiti tapılıb.

7news.Az bildirir ki, şəhər sakinləri Heydər Əliyev prospektindəki 43 saylı mənzildə yaşayan 1971-ci il təvəllüdlü Nəsrullayev İrfan Əhliman oğlunun meyitini 20 Yanvar küçəsində yerləşən 4 mərtəbəli yarımçıq tikilidə tapıblar. 

Dərhal polis əməkdaşlarına məlumat verilib. Meyit müayinə edilib və onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Onun spirtli içkidən zəhərlənərək öldüyü bildirilir. Məlumata görə, İ. Nəsrullayev spirtli içki aludəçisi olub və tüfeyli həyat sürdüyü üçün ailə üzvlərindən də ayrı yaşayırmış. 

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /apa
 
7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ