RU
48 saatlıq atəşkəs elan oundu
11:00
940

48 saatlıq atəşkəs elan oundu

Son günlər Suriyanın Hələb şəhərində baş verən qətliamın qarşısının alınması üçün Rusiya və Amerika Birləşmiş Ştatları arasında əldə olunan atəşkəs razılaşması qüvvəyə minib.

7News.Az xarici mediaya istinadən bildirir ki, yerli vaxtla gecə saat 1-dən etibarən qüvvəyə minən anlaşmaya Bəşər Əsəd rejimi də qatıldığını açıqlayıb. Dövlət televiziyasının məlumatına görə, atəşkəs Hələb ətrafı, şəhər mərkəzi və müxalifətin nəzarətində olan bir sıra bölgələrə şamil ediləcək. 48 saatlıq anlaşmanın qüvvədə olduğu müddət ərzində humanitar yardımların çatdırılması gözlənilir. Artıq dövlət televiziyası şəhərdə həyatın normallaşması barədə kadrlar da yayımlayıb.

Qeyd edək ki, Rusiya və ABŞ ötən gün gecə saatlarında silahların susudurulmasına nail olduqlarını bildirmişdi. Bu arada Rusiyanın xarici işlətr naziri Serqey Lavrov sensasion açıqlama ilə çıxış edib. Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, onların Bəşər Əsədlə heç bir müttəfiqliyi yoxdur. Onun sözlərinə görə, bölgədə müttəfiqlər yalnız ABŞ və Türkiyədir.

"Biz ancaq Suriyada Əsədin hakimiyyətdə qalmasına dəstək veririk" - deyən Lavrov bu ay Cenevrədə danışıqların növbəti raundunun baş tutacağına ümidvar olduğunu bildirib. Lavrov həmçinin qeyd edib ki, Suriya Dəstək Qrupunun Xarici İşlər Nazirlərinin toplantısı gələn həftə bir araya gələcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ