RU
5 yaşlı uşağı 43 bıçaq zərbəsi ilə öldürən qatil:
16:42
500

5 yaşlı uşağı 43 bıçaq zərbəsi ilə öldürən qatil: "Dostum dedi ki, o, səni söydü, mən olsaydım..."

Türkiyədə yeniyetməni xüsusi amansızlıqla bıçaqlayaraq qətlə yetirən 20 yaşlı Alican Kartın məhkəməsi başlayıb.

7News.Az a24.az-a istinadən xəbər verir ki, A.Kart onu bu qətli törətməyə dostunun təkid etdiyini bildirib. O qeyd edib ki, uşaq onu təhqir edib söydükdən sonra dostu Kartı tənqid etməyə və və uşaqdan qisasını almağa çağırıb. O da yeniyetməni amansızlıqla qətlə yetirib.

"Mən buna görə də dostumdan şikayətçiyəm. Məni bu hadisəni törətməyə o məcbur etdi. Əvvəl mənə spirtli içki qəbul etməyi və narkotik qəbul etməyi tələb etdi. Zorla məni içirdi və məni məcbur etdi ki, o uşaq səni söyüb" – deyə, hadisəni törətməkdə şübhəli bilinən A.Kart deyib.

Qeyd edək ki, ötən il Suriyadakı döyüşlərdən qaçaraq Türkiyənin Erdemli mahalının Kızkalesi adlanan yaşayış məntəqəsinə gələn suriyalı ailənin 5 yaşlı uşağı Məhəmməd Dərviş sentyabr 18-də itkin düşüb. Onun itkin düşməsi ilə bağlı polisə müraciət edildikdən sonra axtarışa başlanılıb. Bir neçə gün sonra isə uşağın cəsədi Kızkalesi turizm mərkəzinin hamamında aşkarlanıb.
5 yaşlı uşağı 43 bıçaq zərbəsi ilə öldürən qatil:
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ