RU
56 minlik narkotik satacaqdı
21:30
1604

56 minlik narkotik satacaqdı

Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.

Hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının Lənkaran rayonunun Göyşaban kəndində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Kənan Mirzəzadə 1 kiloqram yüksək xassəli narkotik vasitə hesab olunan heroini 50 min, 400 qram tiryəki isə 6 min manata satmaq istəyən zaman saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Hazırda polis əməkdaşları tərəfindən K.Mirzəzadənin külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir./musavat

7news.Az

56 minlik narkotik satacaqdı - Polis iş başında yaxaladı
56 minlik narkotik satacaqdı - Polis iş başında yaxaladı

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ