İraqın Mosul şəhərinə endirilən aviazərbələrin ardından İŞİD növbəti terror cəhdini həyata keçirib.
7News.az xəbər verir ki, İraqın təhlükəsizlik qüvvələri üzərinə partlayıcı bağlanmış 7 yaşlı uşağı saxlayıblar.
Uşağın əynindəki "Çelsi” FK loqosu olan geyimin altında çox sayda naqillərlə bərkidilmiş dinamitlər gizlədilib.
İraqlı döyüşçü uşağın qorxduğunu görüb, danışdıraraq adını və onu bura kimin gətirdiyini soruşub. Uşaq adının Uday olduğunu və onu buraya dayısı "Amo"nun göndərdiyini deyib.
Hərbçilərin sözlərinə görə, uşağın bədəninə bombanı İŞİD terrorçuları bağlayıblar.//publika
Faktları özündə əks etdirən görüntüləri sizə təqdim edirik:
7News.az








