Dəmir barmaqlıq kəsilərək uşağın əlində xəstəxanaya aparılıb
Türkiyənin Konya şəhərinin Karapınar qəsəbəsində bədbəxt hadisə baş verib.
"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 yaşlı Mehmet Uslu babası ilə Turidiye məscidinə gedib. Namazdan sonra babasına məscidin həyətində oynayacağını deyən uşaq evə getməyib. Mehmet Uslu məscidin qapısına dırmanarkən əli sivri uclu barmaqlığa batıb. Qapıda asılı qalan uşağın fəryadına ətrafdakılar gəlib. Dərhal xilasedicilərə məlumat verilib. Dəmir barmaqlıq kəsilərək uşağın əlində xəstəxanaya aparılıb və əməliyyatla çıxarılıb. Hazırda M.Uslunun vəziyyətinin normal olduğu bildirilir./qafqazinfo
7news.Az










