RU
72 yaşını qeyd edən Xalq artisti: “Bacımla məni səhnədən uzaqlaşdırdılar” - VİDEO
17:20
603

72 yaşını qeyd edən Xalq artisti: “Bacımla məni səhnədən uzaqlaşdırdılar” - VİDEO

"Bizi səhnədən vaxtsız uzaqlaşdırdılar. Özümüz getmədik”.

7News.Az xəbər verir ki, bunu bu gün 72 yaşını qeyd edən Xalq artisti Xuraman Qasımova "İctimai” televiziyada yayımlanan "Sabahın xeyir, Azərbaycan” proqramında deyib.

Bir çox ölkələrdə tələbələrinin olduğunu bildirən sənətkar opera ifaçılarının köklük səbəbindən söhbət açıb:

"Çox istəyirəm ki, klassik musiqiyə daha çox önəm verilsin. Tələbələrim Almaniyada, ABŞ-da var. İtaliyada master-klasslar keçmişəm. Vokal elə bir sənətdir ki, çox güc tələb edir. Ona görə opera sənətçiləri kök olurlar. Bir operanı oxumaq səkkiz saat yük daşımağa bərabərdir”.

Xalqın sevilən sənətkarı hobbisindən danışıb: 

"İstedad deyil, bu, bir hobbidir. Boş vaxtlarımda rəsm çəkirəm”.

Həyatını bacısı və sənət yoldaşı Xalq artisti Fidan Qasımovasız təsəvvür etməyən X.Qasımova "Bacım gələndə, sanki evə günəş dolur” deyərək, fikirlərini tamamlayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ