RU
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
15:15
35

Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb

Binəqədi rayonu ərazisində yerləşən hotelin qarşısından "Vajaj-Pulfa” markalı motosiklet oğurlanıb.

Bu barədə zərərçəkən polisə müraciət edib.

Binəqədi RPİ 5-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı R.Məmmədli motosikletlə birgə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs ona məxsus olan eyni markalı motosikleti təmir etmək üçün otelin qarşısında gördüyü nəqliyyat vasitəsini oğurlayıb.

Araşdırma davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ