Qazaxıstanda Azərbaycan əsili rusiyalı reper "Navai" barəsində narkotik maddələrin qaçaqmalçılığı işi üzrə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Mash" telegram kanalının məlumatına görə, reperin təqsiri sübuta yetirilsə, onu 7 il müddətinə avtomobil idarə etmək qadağası və 15 sutka müddətinə inzibati həbslə gözləyir.
xxx
Azərbaycan əsilli tanınmış reper "Navai" (Nəvai Bəkirov) Qazaxıstana daxil olarkən saxlanılıb.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "Korday" sərhəd-keçid məntəqəsindən keçərkən sərhədçilər onun avtomobilini saxlayıblar. Xidməti it vasitəsilə avtomobildə 2,5 qram marixuana aşkar edilib.
Hazırda reperə qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığı ilə bağlı iş açılıb. Bəkirovla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb. Hüquq-mühafizə orqanları narkotiklərin kimə məxsus olduğunu müəyyənləşdirir.








