RU
Universal Hospitalda həftəlik həkim iclası keçirilib
19:11
586

Universal Hospitalda həftəlik həkim iclası keçirilib

Klinik.media xəbər verir ki, Universal Hospitalda həftəlik həkim iclası keçirilib.

İclas zamanı həftə ərzində klinikada görülən işlər, qarşıya çıxan məsələlər və mövcud problemlər müzakirə olunub. Həkimlər arasında fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

Daha sonra Universal Hospitalın 10-cu mərtəbəsində fəaliyyətə başlayan Fizioterapiya və Reabilitasiya şöbəsinin təqdimatı keçirilib.

Təqdimat zamanı Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri Dr. Rəhimə Atəş şöbənin fəaliyyət istiqamətləri, iş prinsipləri, tətbiq olunan müasir yanaşmalar və pasiyentlərə göstəriləcək xidmətlər barədə ətraflı məlumat verib.

İclas çərçivəsində Universal Hospital ailəsinə yeni qoşulan həkimlər də kollektivə təqdim olunub.

Sonda həkimlər yeni Fizioterapiya və Reabilitasiya şöbəsinə baxış keçirərək onun infrastrukturu və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ