Avropada təbii qaz anbarlarındakı ehtiyat səviyyələri həyəcan siqnalı verir
7News.az xəbər verir ki, yaxınlaşan soyuq hava dalğası və təbii qaz təchizatının məhdudlaşması, qış mövsümü ərəfəsində Avropada enerji böhranı ilə bağlı narahatlıqları artırıb. Avropadakı təbii qaz anbarlarının doluluq səviyyəsi 69 faizə düşdüyü üçün, bazar qiymətləri bir gün ərzində 8,6 faizə qədər yüksəlib.