7NEWS.az xəbər verir ki, bu barədə İlhamə Qasımlı adlı istifadəçi məlumat verib: "İnanmasam da, dostların tövsiyyəsi ilə "Birmarket"dən aldığım və bir ay içində yararsız vəziyyətə düşən ətçəkın maşınını Birmarket tətbiqi üzərindən müraciət edib qeydiyyat apardıqdan sonra karqo ilə göndərdim.
Üstündən 10 gün keçdikdən sonra Birmarket təmsilçisi telefonla bildirdi ki, mağazadan məhsulda heç bir problem olmadığını deyiblər.
Dedim, axı, "mən sizə maşında ət çəkilərkən qarşılaşdığım problemi video ilə çəkib göndərmişdim. O videoda maşının problemi açıq görünür".
(Maşının probleminin videosunu əlavə edirəm).
Bu dəfə isə təmsiilçi "mağaza zəmanət talonunu istəyir, amma siz göndərməmisiniz" dedi.
Mağazanın mənə göndərmədiyi zəmanət talonu tələb edilirdi.
Məhsulu qəbul edərkən belə bir talonun olmadığını fərq etsəm də, düşündüm ki, yəqin tətbiqdə alış-veriş prosesi göründüyü üçün zəmanət sənədi də elektronlaşdırılmış verisiyada təmin olunur. Çünki Trendyol'da aldığım bir neçə məhsulun zəmanət müddətində problemi çıxdığında sistemdəki satış qaiməsi zəmanət sənədi yerinə keçərli sayılmışdı. Mənə zəng eədn birmarket əməkdaşına da dedim ki, heç mağaza da mənə belə bir talon göndərməmişdi. Hətta göndərmiş olsaydı belə, tətbiqdəki sistemdə məhsulun nə zaman alındığı ilə bağlı bütün bilgilər var, mübahisəli durumda tətbiqdəki sənədləşdirməyə baxmaq olar. Hansı mağazadan və hansı tarixdə aldığımla bağlı bütün məlumatlar yerləşdirilib. Anlayıram ki, qlobal e-ticarət şirkəti ilə ölkə çaplı şirkəti müqayisə uğursuzdur, bəlkə də komikdir.
Amma müasir iqtisadi reallıqlarda elektron qeydiyyat sisteminin mövcud olduğu alqı-satqı işlərində kağız zəmanət talonunun (həm də göndərmədikləri halda) tələb edilməsi yaranmış problemin həlli üçün uğraşmaq istənməyən şirkət tərəfindən düşünülmüş primitiv bəhanədən başqa bir şey deyil".
Məsələ ilə bağlı müvafiq qurumların rəyləri öyrəniləcək.
7NEWS.az








