Merkuri orbitinə daxil olan ikinci kosmik gəmidə hərəkət sistemi ilə bağlı nasazlıq
7News.az xəbər verir ki, Avropa və Yaponiyanın birgə missiyası olan "BepiColombo" kosmik gəmisi səkkiz illik səyahətdən sonra Merkuri ətrafındakı orbitə daxil olan ikinci aparat oldu. Lakin onun mühərriklərində nasazlıq yarandığı bildirilir.