Su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılması üçün abonent yazılı ərizə, elektron müraciət, qaynar xətt və digər mövcud əlaqə vasitələri ilə sukanal idarəsinə müraciət edə bilər.
Daxil olmuş müraciətlərə "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq baxılır və müvafiq tədbirlər həyata keçirilir.
Müraciət edən abonentin su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu araşdırılır. Xidmətlərin dayandırılması nəzərdə tutulan ünvanda digər istehlakçıların yaşayıb-yaşamadığı müəyyənləşdirilir.
Araşdırmanın nəticəsinə əsasən xidmət müvəqqəti dayandırılır.
Xidmətin aktivləşdirilməsi də abonentin ərizəsi əsasında həyata keçirilir.
Proses 5 iş günü ərzində həyata keçirilir.








