ABŞ-da körpənin dünyaya gəlişi münasibətilə təşkil olunan məclisdə atışma: 3 ölü, 1 yaralı
7News.az xəbər verir ki, ABŞ-ın Ohayo ştatının Parma şəhərində körpənin dünyaya gəlişi münasibətilə təşkil olunan məclisdə atışma baş verib. Hadisə nəticəsində üç nəfər, o cümlədən hələ dünyaya gəlməmiş körpənin atası və babası həyatını itirib, bir nəfər isə yaralanıb. Parma Polis İdarəsinin məlumatına görə, hadisə şənbə günü, yerli vaxtla saat 18:00 radələrində, Klivlenddən təxminən 13 kilometr cənubda, "Ridge Road" küçəsində yerləşən bir tədbir məkanında baş verib. Rəsmilər bildiriblər ki, 19 yaşlı gələcək ata, gələcək ananın 45 yaşlı atası və 17 yaşlı bir qız güllələnərək öldürülüb. Gələcək ananın vəziyyəti barədə məlumat verilməyib. Polis hadisə yerində iki odlu silah aşkar edildiyini və iki şübhəlinin saxlanıldığını bildirib.