7News.az xəbər verir ki, Nyu-York Şəhər Şurasının üzvləri restoranlarda xərçənglərin, krabların və digər xərçəngkimilərin əvvəlcədən huşsuz hala gətirilmədən birbaşa qaynar suya atılmasını qadağan edən qanun layihəsi irəli sürüblər. Bu canlıların şiddətli ağrı hiss etdiyini göstərən elmi araşdırmalara istinad edən rəsmilər, qadağaya riayət etməyən müəssisələrə qarşı cərimələrin tətbiq edilməsini təklif edirlər.








