RU
76 yaşlı qadının meyiti tapıldı
14:27
908

76 yaşlı qadının meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1940-cı il təvəllüdlü Karalyova Qalina Andreyevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 12:10-da başa çatıb./atv.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ