Bu günlərdə saytımızda "Mingəçevir 'zibilə düşüb':Pandemiya dönəmində bu görüntü hər kəsi şok etdi” başlıqlı yazı dərc edilmişdi. Yazıda qeyd olunurdu ki, görüntülər Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində lentə alınıb. Sakinlər bidirir ki, yaşadıqları ərazi bir neçə müddətdi zir-zibil içində itib batır. Vəziyyət o yerə çatıb ki, bu ünvana təcili yardım avtomobili çağrılsada maşının hərəkəti küçədə mümkünsüz olur. Adıçəkilən küçənin girişində yaşayan Ceyhun Əliyev, öz şəxsi avtomobili ilə zibil əlindən yeni tikdiyi mənzilinə yaxınlaşa bilmir.
7NEWS.az-ın yazısından sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi ərazini nəzarətə götürmüş, bütün çirkabları, zibilləri yaşayış yerindən uzaqlaşdırıblar. Eyni zamanda, qeyd olunur ki, həmin ərazidə yaşayan ailələr zibil zənbillərini müvafiq qutulara yox, digər sakinlərin yaşayış yerlərinin yaxınlığına atırlar. Bu da haqlı narazılığa səbəb olur.









