RU
7NEWS.az yazdı, Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdü bərpa olundu
11:58
637

7NEWS.az yazdı, Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdü bərpa olundu

Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü bərpa olunub.Bu barədə 7NEWS.az-ın bölgə müxbirinə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə bu gün Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyindən (ƏƏSMN) onunla əlaqə saxlanılıb.

"Səhər saatlarında nazirlikdən mənimlə əlaqə saxlanıldı. Mənə bildirildiki, məsələ ilə bağlı nazir Sahil Babayevin göstərişi var. Göstərişə əsasən anamın təqaütü hansı aydan kəsilibsə o aylarda ödənilməklə bərpa olunsun. Öz növbəmdə Sahil Babayeva təşəkkür edirəm.Məsələyə reaksiya verdiyinə görə"-deyə K.Əsgərov bildirib.

Məlumat üçün qeyd edək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova ikinci qrup əlillik dərəcəsi ilə təqaüd alırdı. Onun təqaüdü 2 ay öncə kəsilmişdi.
7NEWS.az <!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_200901_115811_723.sdoc -->

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ