Banqladeşdə qızılcadan ölənlərin sayı 712 nəfərə çatıb
7News.az xəbər verir ki, Banqladeşdə davam edən qızılca epidemiyası nəticəsində son 24 saat ərzində daha 4 uşaq həyatını itirib. Bununla da epidemiya zamanı ölən uşaqların ümumi sayı 712-yə çatıb, şübhəli halların sayı isə 99 mini keçib.